Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
Axar.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, 1970-ci ildə Ağdamın Seyidli kəndində anadan olmuş, Rusiya Silahlı Qüvvələrinin döyüşçüsü Sədrəddin Hüseynov Ukraynanın endirdiyi zərbələr nəticəsində həyatını itirib.
Onun nəşi Rusiyanın Komsomolsk-Amur şəhərində dəfn edilib.
Bildirilib ki, S.Hüseynov sentyabrın 13-ü həlak olub. Lakin gərgin döyüşlər getdiyindən onun nəşini döyüş meydanından götürmək mümkün olmayıb.
Hərbçinin nəşi 2 ay sonra tapılaraq ailəsinə təhvil verilib.