AZ

Miroslav Kloze: "Ümid edirəm ki, Mahir klubdan ayrıldığı formadadır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Almaniya mətbuatı ikinci Bundesliqanın 13-cü turunun bu gün keçiriləcək "Paderborn" - "Nürnberq" matçı barəsində yazarkən Azərbaycan millisinin üzvü Mahir Emreli barədə də məlumat da diqqətə çatdırılıb.
Oxu.Az "Bild"ə istinadən xəbər verir ki, Emreli və "Nürnberq"in digər milli üzvləri düşərgəyə tam sağlam qayıdıblar, bu gün də start heyətində meydana çıxmalıdırlar.
Öz növbəsində komandanın baş məşqçisi Miroslav Kloze ümid edir ki, Emreli və Kastrop "Paderborn"la görüşə tam hazır olacaqlar:
"Ümid edirəm ki, onlar milli ilə kifayət qədər çalışıblar".
Qeyd edək ki, bu gün keçiriləcək görüşə Bakı vaxtı ilə 21:30-da start veriləcək.
Seçilən
27
19
oxu.az

10Mənbələr