AZ

Ermənistan-Azərbaycan sərhədində SON VƏZİYYƏT - FOTO+VİDEO

Qazax rayonunun yeni işğaldan azad olunan Xeyrimli kəndi ərazisində müvəqqəyi zastava qurulub.

 

Modern.az-ın məlumatına görə, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov məlumat verib.

 

O qeyd edib ki, gələn il Qazaxın Xeyrimli, Aşağı Əskipara, Bağanis Ayrım və Qızılhacılı kəndlərinin bərpasına başlanılacaq. "Bu zaman orada yeni zastavalar da tikiləcək", - general deyib.

 

Xatırladaq ki, 19 aprel 2024-cü il tarixində sərhəddə Azərbaycan və Ermənistanın Baş nazir müavinləri Şahin Mustafayevin və Mqer Qriqoryanın sədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.

 

Görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib. 24 may 2024-cü il tarixində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. 

 

Ermənistan-Azərbaycan sərhədində yerləşən Qazaxın Xeyrimli kəndindən ən görüntüləri təqdim edirik:

 

1397757

1397756

1397755

 

Mail AĞAXANOV

Seçilən
17
modern.az

1Mənbələr