AZ

Nizami rayonundakı uşaq bağçasına istilik verilməməsinin SƏBƏBİ AÇIQLANDI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Paytaxtın Nizami rayonunda yerləşən 172 saylı körpələr evi-uşaq bağçasında qış mövsümünün soyuğu hiss olunmaqdadır. Belə ki, noyabrın 15-də istilik mövsümünün rəsmən başlamasına baxmayaraq, sözügedən bağçaya hələ də istilik verilməyib.
Bu barədə Oxu.Az-a müraciət edən valideynlər bildiriblər ki, uşaqlar soyuqdan əziyyət çəkirlər. Bu isə uşaqların səhhətinə mənfi təsir göstərir.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib ki, sözügedən bağça təmsil etdiyi qurumdan istilik almır.
"Bildirmək istəyirəm ki, 172 saylı uşaq bağçası "Azəristiliktəchizat" ASC-nin balansında deyil və bizdən istilik almır",-deyə E.Basqallı bildirib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən bağçanı istiliklə təmin edən qazanxananın qaz sayğacı müvafiq mütəxəssislər tərəfindən dövlət yoxlamasından keçirilmək üçün çıxarılıb.
"Hazırda müvəqqəti olaraq istilik təminatı elektrik qızdırıcıları vasitəsilə təmin edilir. Məsələnin qısa zamanda həlli məqsədilə zəruri tədbirlər görülməkdədir".
Əzizə İsmayılova
Seçilən
35
50
oxu.az

10Mənbələr