Abşeronda intihar hadisəsi olub.
Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.
46 yaşlı Emin Muxtar oğlu Məhərrəmov yaşadığı binanın 8-ci mərtəbəsinin blokunun eyvanından özünü ataraq, həyatına qəsd edib. Onun hansı səbəbdən özünü öldürməsi məlum deyil.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.