AZ

Rusiyada maraqlı hadisə: Fırıldaqçılardan bəhs edən serialın aktyorunu elə fırıldaqçılar aldatdı

Rusiya tarixində fırıldaqçılar haqqında ilk serialın 35 yaşlı aktyoru Andrey Subbotin dələduzlar tərəfindən aldadılıb.
 
Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə vəziyyətlə tanış olan mənbə məlumat verib.
 
Bildirilib ki, aktyor internetdə mühazirə almaq istəyib və müvafiq sayt tapıb, kart məlumatlarını daxil edib, lakin müqabilində ondan 12 min rubl (200 manat) oğurlayıblar.
 
Təsdiqlənməmiş məlumatlarına görə, Subbotin polis idarəsində şikayət ərizəsi yazıb və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırmaya başlanılıb.
 
Qeyd edək ki, fırıldaqçılardan bəhs edən "Qarmaqda: Fırıldaqçılar zəng etdikdə" adlı serialda o, çağrı mərkəzlərinin necə fəaliyyət göstərdiyi, onların əsas hiylələri, təhlükəsizlik qaydaları və ehtiyat tədbirləri haqqında danışıb.
Seçilən
14
1
moderator.az

2Mənbələr