AZ

Starbucks’a qarşı boykot dalğası genişlənir

Bakı, TurkicWorld

ABŞ mərkəzli kofe zənciri Starbucks, İsrailə dəstək verdiyi iddiaları səbəbilə güclənən boykot dalğası ilə üz-üzədir.

TurkicWorld xəbər verir ki, 7 oktyabrda başlayan qarşıdurmalar fonunda, Qəzzadakı zorakılıq və insanlıq dramına səssiz qalmaqla günahlandırılan Starbucks-ın açıqlamalar çoxları tərəfindən riyakarlıq kimi qəbul edilir.

Starbucks-ın qlobal fəaliyyətləri hazırda ciddi eniş dərəcəsindədir. Şirkətin iyul-sentyabr dövründə qlobal satışları illik müqayisədə %7 azalıb. Gəliri isə %3 geriləyərək 9,1 milyard dollara düşüb. Səhm başına gəlir keçən ilin eyni dövrü ilə müqayisədə %25 azalıb və 80 sentə enib.

Boykotun təsiri xüsusilə Yaxın Şərqdə özünü göstərib. Şirkət bir çox bazarını itirib və müqavilələri dayandırmalı olub. Məsələn, Mərakeşdə 18 filialı olan Starbucks iflas edərək, dekabrın 15-də bazarı tərk edib. Bundan əlavə, şirkət qlobal işçi sayını %8 azaltmaq məcburiyyətində qalıb.

Starbucks müştəriləri cəlb etmək üçün müxtəlif yollara əl atıb. Əvvəlcə endirim kampaniyalarına start verib, lakin bu səmərəli olmayıb. Daha sonra Londonda yerləşən filiallarından birində vitrin bəzəklərində hicablı qadın fiqurlarından istifadə edib. Bununla yanaşı, internet saytında dərc olunan açıqlamalarında İsrailə dəstək verdiyinə dair iddiaları təkzib edib.

Lakin bu açıqlamalar həm sosial mediada, həm də siyasətçilər tərəfindən sərt tənqid olunub. Türkiyə Prezident müşaviri İsmail Cesur, Starbucks-ın yalnız boykotun təsiri altında reaksiya verdiyini və bu davranışı prinsipiallıqdan uzaq hesab etdiyini bildirib.

Cesur Starbucks-ı birbaşa və ya dolayısı ilə İsrailə dəstək verməkdə ittiham edib. O, şirkətin bəzi səhmdarlarının Sionizmi dəstəkləyən silah və texnologiya şirkətləri ilə əlaqələrinə diqqət çəkib. Bundan əlavə, Starbucks-ın işçilərinin Fələstinə dəstək ifadələrini məhdudlaşdırdığı və bununla bağlı bəzi işçilərinə qarşı məhkəmə iddiaları qaldırdığı da qeyd olunub.

Seçilən
13
turkic.world

1Mənbələr