Bakıda qadına qarşı dələduzluq etmiş şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Əvvəllər Milli Təhlükəsizlik Nazirliyində (MTN) işləmiş, daha sonra təqaüdə çıxmış qadın polisə müraciət edərək 1984-cü il təvəllüdlü Ramil Teyyubovun onu aldadaraq 15 min manat aldığını bildirib.
Şikayətçi qeyd edib ki, çanaq sümüyündəki zədəyə görə ona ikinci qrup əlillik dərəcəsi təyin edilib və hər ay dövlətdən pensiya alıb. Lakin 2021-ci ildən pensiyanın verilməsi dayandırılıb. Bu məsələ ilə bağlı Ramil ona kömək edəcəyini, pensiyasını bərpa edəcəyini deyib. Lakin R.Teyyubov 15 min pul alsa da, məsələni həll etməyib.
Faktla bağlı R.Teyyubov barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq) maddəsi ilə cinayət işi açılıb. İstintaq vaxtı R.Teyyubov aldığı pulların hamısını geri qaytarıb.
Yasamal Rayon Məhkəməsinin 14.11.2024-cü il tarixli hökmü ilə 40 yaşlı R.Teyyubova 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.///publika.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta