AZ

Məşhur aktrisa bu ölkənin prezidentinin oğlu ilə eşq yaşayır

Tanınmış aktrisa Ana de Armas Kuba prezidentinin oğlu ilə eşq yaşayır.

Publika.az Milli.Az-a istinadla xəbər verir ki, aktrisa Ana de Armas keçən həftə Madriddə Kubanın Prezidenti Migel Dias-Kanelin ögey oğlu Manuel Anido Cuesta ilə birlikdə görüntülənib. Cütlük romantik anlarla dolu bir axşam yeməyindən sonra gəzinti zamanı səmimi anlar yaşayıb, Cuesta aktrisanı öpərkən obyektivlərə tuş gəlib.

36 yaşlı Ana de Armas bu görüş zamanı ağ yun palto, tünd cins şalvar və qara çəkmələr geyinib. Hələ ki, onların necə tanış olduğu bilinmir. Lakin "Latın Times" nəşrinin məlumatına görə, kubalı influenser artıq may ayında onların münasibətdə olduğunu iddia etmişdi.

Ana de Armasın şəxsi həyatı uzun müddətdir diqqət mərkəzindədir. Aktrisa əvvəllər məşhur aktyor Ben Affleck ilə münasibət yaşamışdı. Cütlük 2019-cu ildə "Dərin Sular" filminin çəkiliş meydanında tanış olmuşdu. Pandemiya dövründə hər addımı paparassilər tərəfindən izlənən bu münasibət 2020-ci ildə sona çatmışdı.

Seçilən
28
4
publika.az

4Mənbələr