AZ

Kılıçdaroğluna qarşı siyasi qadağa iddiası: Bu gün hakim qarşısına çıxır

Sabiq CHP sədri Kamal Kılıçdaroğlu haqqında "dövlət məmurunu təhqir etmək" iddiası ilə açılan cinayət işinin ilk iclası başlayır. İclasdan əvvəl Kılıçdaroğlunu Ankara Ədliyyəsi qarşısında sıx izdiham qarşılayıb. Keçmiş CHP lideri üçün 11 il 8 aya qədər həbs və siyasi qadağa tələb olunur.

Prezident Rəcəb Tayyib Ərdoğanın şikayəti əsasında keçmiş CHP sədri Kamal Kılıçdaroğlu haqqında açılan məhkəmə işinin ilk iclası keçiriləcək.
Sherg.az xəbər verir ki, Kılıçdaroğlu Sinan Ateşin həyat yoldaşı Ayşe Ateşlə birlikdə ədliyyəyə gəlib. Böyük bir qrup keçmiş CHP liderini məhkəmə binası qarşısında qarşılayıb.
CHP sədri Özgür Özəl, Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mənsur Yavaş, Adana Böyükşəhər Bələdiyyə Başçısı Zeydan Karalar, Mersin Bələdiyyə Başçısı Vahap Seçer də iddianı izləyir.

İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu Almaniyada keçirilən panel səbəbiylə iddiaya qatılmır.

Ədliyyə naziri Yılmaz Tunç qeyd edib ki, hazırda sabiq CHP lideri ilə bağlı 9 iş, 5 istintaq gedir.

Seçilən
14
8
sherg.az

9Mənbələr