AZ

Almaniyanın Rusiya ilə müharibə planı ÜZƏ ÇIXDI – DETALLAR

Almaniya Müdafiə Nazirliyi Berlinin hərbi münaqişə vəziyyəti ilə bağlı planının olduğunu təsdiqləyib. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi Mitko Müller məlumat yayıb.

“Almaniyanın Əməliyyat Planı son aylarda hazırlanmayıb. Bu planın hazırlanmasına bir neçə il əvvəl start verilib”, - Müller bildirib.
 

Xatırladaq ki, bundan əvvəl “Frankfurter Allgemeine Zeitung” nəşri Rusiya ilə müharibə olacağı təqdirdə Almaniyanın əməliyyat üçün gizli plan hazırladığını yazmışdı. Sözügedən min səhifəlik sənəd NATO-nun şərq cinahında “Rusiyanın qarşısının alınması” tədbirləri ilə bağlı reallaşdırılacaq prosedurları əks etdirir.


Plana əsasən, hərbi münaqişə baş verəcəyi təqdirdə, Almaniya şərqə köçürülən on minlərlə, hətta yüz minlərlə hərbi qulluqçu üçün toplanma mərkəzi rolunu oynayacaq.

Bizim.Media

Seçilən
19
50
bizim.media

10Mənbələr