AZ

Azərbaycan- Ermənistan sərhədindən EKSKLÜZİV GÖRÜNTÜLƏR

DSX-nın Sərhəd Qoşunları Komandanlığının "Qazax" əlahiddə sərhəd diviziyasına mediatur keçirilib. Səfər zamanı media nümayəndələri Qazaxın 30 il sonra işğaldan azad edilən Xeyrımlı kəndinin sərhəd zastavasında olub.

Musavat.com-un əməkdaşı Azərbaycan- Ermənistan sərhədindən olan maraqlı kadrları kameranın yaddaşına köçürüb.

Qeyd edək ki, Qazax rayonunun 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri bu ilin mayın 24- də rəsmən Azərbaycana geri qaytarılıb.

Bu razılaşma Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın 2024-cü il 19 apreldə əldə olunmuş razılaşma əsasında həyata keçirilib. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kv. kilometr) Azərbaycana qaytarılması təmin edilib.

Bu hadisənin çox böyük tarixi əhəmiyyəti var. Sovet İttifaqının 1991-ci ildə dağılmasından bəri ilk dəfə Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə razılığa gəlib. Artıq sərhədin 12,7 km uzunluğunda olan hissəsi şərti deyil, real sərhəd xəttidir və qarşılıqlı şəkildə tanınır.

Qazaxın 4 kəndinin 1 güllə atılmadan qaytarılması isə Azərbaycanın suverenliyinin təmin olunmasında daha bir önəmli addımdır.

Sərhəddən görüntüləri təqdim edirik:

Şahanə Rəhimli
Musavat.com

Seçilən
3
musavat.com

1Mənbələr