AZ

77 saxta domen bloklandı - RƏSMİ 

Bu ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti kiberkəşfiyyat imkanlarından istifadə etməklə dövlət qurumlarının domenlərinə (gov.az) bənzədilmiş 77 saxta domen aşkar edərək bloklayıb.

Referans.az">Referans.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, bunun 53-ü III rübün payına düşüb.

Yanvar-oktyabr aylarında isə qurum "AzStateNet" şəbəkəsi üzrə 679 430 000 zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 3 818 400, kompüter və proqram təhlükəsizliyi sahəsində əhəmiyyətli konsept olan "Sandbox" mühafizə sistemi vasitəsilə isə 185 163 zərərverici tərkibli elektron sənədi blok edib.




Seçilən
11
25
referans.az

10Mənbələr