AZ

COP29-da əldə olunan uğurlar beynəlxalq ictimaiyyətin bu məsələdə ardıcıl olacağına ümid yaradır - Sahibə Qafarova

Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə ümumi yanaşmalara nail olmaq üçün bütün səylərini göstərib.

“İki sahil” xəbər verir ki, bunu noyabrın 22-də Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 57-ci plenar iclasında çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova deyib.

O qeyd edib ki, COP29 çərçivəsində əldə olunan uğurlar beynəlxalq ictimaiyyətin bu məsələdə həmrəy və ardıcıl olacağına ümid yaradır.

Parlamentlərin də bu prosesə öz töhfələrini verdiyini söyləyən Sahibə Qafarova COP29 çərçivəsində Parlamentlərarası İttifaqın və Milli Məclisin birgə təşkilatçılığı ilə parlamentlərin və digər beynəlxalq strukturların 90-dan çox nümayəndə heyətinin iştirakı ilə Parlament İclasının keçirildiyini xatırladıb.

Milli Məclisin sədri məlumat verib ki, iki gün davam edən görüş və yekun sənəd iqlim dəyişikliyi ilə mübarizədə ümumi mövqelərin ifadəsi idi.

Seçilən
18
2
ikisahil.az

3Mənbələr