AZ

İsveç Ukraynaya 2,25 milyard ayırır

İsveç 2025 və 2026-cı illərdə Ukraynaya hərbi dəstək üçün 25 milyard kron (2,25 milyard dollar) ayırmaq qərarına gəlib. 

“Cebheinfo.az” xəbər verir ki, bunu krallığın müdafiə naziri Pol Conson ukraynalı həmkarı Rustem Umerovla danışıqlardan sonra mətbuat konfransında bildirib. Bundan əlavə, Ukraynaya hərbi sənaye kompleksinə uzaqmənzilli raketlərin və PUA-ların kütləvi istehsalı üçün vəsait ayırmağa hazırdır.

Jonson əlavə edib ki, yeni paketin təfərrüatları yanvar ayında açıqlanacaq.

Hökumətin məlumatına görə, 2022-ci ilin fevralından İsveç Ukraynaya yardım üçün 57,4 milyard kron ayırıb ki, bunun da 48,4 milyard kronu hərbi dəstəkdir. Bu da 4,20 milyard avrodur..

Seçilən
2
2
cebheinfo.az

2Mənbələr