AZ

Rəna Soltanova aidiyyəti qurumlara məktub ünvanladı

Dövlətimizə dəstək olaraq yaradılmış “Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyinin (EKMİB) rəhbəri, LBC estetik klinikasının yaradıcısı, Baş həkimi Rəna Soltanova kosmetologiya sahəsindəki uğurlarla yanaşı problemlərin də olduğunu və təşkilatın nizamnaməsində gözəllik sahəsindəki çətinliklərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları ilə əməkdaşlığın nəzərdə tutlduğunu bildirir.

Bakıvaxtı.az xəbər verir ki, bu məqsədlə aidiyyəti quruma məktub ünvanlayıb.

Məktubda qeyd edilib ki, müvafiq təhsili, lisenziyası və ya sertifikatı olmadan qeyri-peşəkarların göstərdiyi kosmetoloji xidmətlərin nəticəsində sağlamlığına dəyən ziyanın qarşısını almaq üçün normativ-hüquqi sənədlərin qəbul olunmasına ehtiyac var. Bəzi prosedurlar üz və bədən anatomiyasının dərin biliklərini tələb edir, lakin bütün kosmetoloqlar bu hazırlığa malik deyillər. Müvafiq tibbi təhsilin olmaması və təcrübə çatışmazlığı preparatların düzgün tətbiq edilməməsi, düzgün diaqnostikanın aparılmaması və pasiyentə uygun olmayan prosedurlarin sechilmesi ilə nəticələnir.

Kosmetologiya sürətlə inkişaf edən bir sahədir və yeni metodlar və preparatların kifayət qədər araşdırma olmadan bazara daxil edilməsinin qarşısı alınması üçün də tədbirlər görülməlidir. Sertifikatlı və keyfiyyətli preparatlarla həyata keçirilən prosedurlar adətən baha başa gəlir. Buna görə də, insanların bir qismi qeyri-peşəkar mütəxəssislərə müraciət edərək daha ucuz, lakin təhlükəli xidmətləri seçirlər.

Qazanc götürmək məqsədilə bəzi “kosmetoloqlar” media və sosial şəbəkələrdə erkən yaşlanma qorxusunu aşılayır və “müasir gözəllik standartı”nı əhaliyə təlqin edirlər. İnsanlarda komplekslər və aşağı özünəinam yaranır və xarici görünüşünü dəyişdirmək üçün kosmetoloqlara lüzumsuz müraciətlər olunur. Özünə, məsləkinə hörmət edən estet həkim pasiyentin hər hansı arzusu ilə məsləhət bilmədiyi prosedur etməkdən imtina etdikdə, gedib başqa yerdə həmin proseduru etdirir, sonra da peşman olub yenidən peşəkarın yanına qayıdır. Buna görə də, sağlam gözəlliyə qovuşmağın təbliğini aparmaq lazımdır.

R.Soltanova kosmetologiya sahəsinin inkişafı üçün hazırlanan təkliflər paketini məktubda qeyd edərək, bütün çətinliklərin aradan qaldırılmasına ölkəmizdə hər şəraitin və iradənin olmasının əminliyini vurğulayıb və kosmetologiya sahəsinin ölkədə ən yüksək səviyyədə olması üçün EKMİB olaraq əllərindən gələni etməyə hazır olduqlarını bildirib.

Seçilən
1
1
bakivaxti.az

3Mənbələr