“Bitcoin”in (BTC) məzənnəsi ilk dəfə 99 min ABŞ dolları həddini keçərək, tarixi maksimumunu yeniləyib.
FED.az xəbər verir ki, pik nöqtədə qiymət ABŞ-nin “Coinbase” birjasında 99 min 519 ABŞ dollarına, ticarət həcminə görə ən böyük birja olan “Binance”də isə USDT ilə ticarət cütündə 99 min 502 ABŞ dollarına çatıb.
Bakı vaxtı ilə saat 16:00-a olan məlumata görə, “bitcoin” “Binance” kriptovalyuta birjasında USDT ilə ticarət cütündə 99 min ABŞ dolları həddindən bir qədər aşağı qiymətə (98,411 ABŞ dolları) ticarət olunur. Ümumi kriptovalyuta bazarındakı payı 60,37 faizdir. Bazar kapitalizasiyası isə 2,06 trilyon ABŞ dolları təşkil edir.
Qeyd edək ki, “bitcoin”in qiyməti Donald Trampın ABŞ-də prezident seçkilərində qələbə qazanmasından bəri, demək olar ki, durmadan artır. (Trend)