Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanəsilli şəxs həyatını itirib.
"Qafqazinfo" xəbər verir ki, Rusiya ordusu sıralarında müharibəyə qoşulmuş Sadiq İsayev dünən Ukraynanın endirdiyi zərbələr nəticəsində həlak olub.
Onun Luqansk istiqamətində gedən döyüşdə öldüyü bildirilib.
Məlumata görə, Sadiq əslən İsmayıllı rayonunda olub.
Xatırladaq ki, daha əvvəl Kürdəmir rayon sakini, 1998-ci il təvəllüdlü Teymur Asif oğlu EminovRusiya-Ukrayna müharibəsində həlak olub.