AZ

Qırğızıstanda elektron siqaretlər qadağan edilib

Qırğızıstanda 2025-ci il iyulun 1-dən elektron siqaretlərin çəkilməsi qadağan ediləcək. Bu barədə respublika prezidenti Sadır Japarov müvafiq qanun imzalayıb.

Qanunun məqsədi vətəndaşların sağlamlığının və rifahının qorunmasını təmin etməkdir. Sənəd Qırğızıstan ərazisinə tərkibində nikotin olan maye elektron siqaretlərin idxalını, dövriyyəsini və istifadəsini qadağan edir.

Qanunda müəyyən edilmiş tələblərin pozulmasına görə məsuliyyət də nəzərdə tutulur.
 
Belə ki, fiziki şəxslər elektron siqaretdən istifadə etdiklərinə görə təxminən 120 dollar,bu məhsulların satışına görə fiziki şəxslər təxminən 230 dollar, hüquqi şəxslər isə 770 dollar cərimə olunacaqlar.
 
Böyük miqdarda idxala görə ağır əmək və ya iki ilə qədər həbs cəzası da tətbiq edilə bilər. 

www.anews.az
Seçilən
2
4
anews.az

5Mənbələr