AZ

Trendyol COP29-da - Foto

Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük e-ticarət platformalarından biri Trendyol özünün COP29 pavilyonunda dayanıqlılıq üzrə planlarını və məqsədlərini bölüşür. Eyni zamanda Türkiyənin Dayanıqlı Gələcək Platformasının pavilyonuna baş sponsorluq edən şirkət COP29 çərçivəsində dayanıqlılıq sahəsində fəaliyyət göstərən türk və azərbaycanlı elm adamlarını bir araya gətirərək dayanıqlılıq və iqlim müzakirələrinə dəstək olur.

BMT-nin İqlim Dəyişmələri üzrə 29-cu Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etməkdə ‘’Trendyol’’un əsas məqsədi buradakı aparıcı ekspertlər, təşkilatlar və şirkətlərlə təcrübə və fikir mübadiləsi aparmaq, həmçinin, dayanıqlılıq və sosial təsir sahəsində layihələrini təqdim etməkdir. Əldə olunan təcrübə iqlim dayanıqlılığı və dayanaqlı biznes təcrübəsini artırmaq üçün gələcək strategiyaların formalaşmasında mühüm rol oynayacaq.

Türkiyənin dayanıqlılıq üzrə yol xəritəsi və fəaliyyət planına malik ilk e-ticarət şirkətinin prioritet hədəflərindən biri ətraf mühitə, təbiətə və cəmiyyətə töhfə verməkdir. Şirkət "Birlikdə Transformasiya" şüarı altında həyata keçirdiyi layihələrini COP29 çərçivəsində ictimaiyyətə təqdim edir, ekoloji təşəbbüslərini vurğulamaqla sosial məsuliyyətli qurum kimi planlarını nümayiş etdirir.

“Trendyol”’un Dayanıqlılıq Hesabatı: 2025-ci ilə qədər qablaşdırma materiallarının 100%-i sertifikatlaşdırılacaq

Trendyol COP29 tədbiri çərçivəsində 2023-cü il üçün Dayanıqlılıq Hesabatını təqdim edib. Şirkət ətraf mühit və sosial təsir layihələri üzrə hədəflərindəki irəliləyişləri bölüşüb. ‘’Trendyol’’un dayanıqlılıq hesabatı dünya, insan və idarəetmə kateqoriyalarında 9 fərqli mövzunu əhatə edir. Hesabat şirkətin ətraf mühitə həssas yanaşmasını və cəmiyyətə uzunmüddətli töhfələr verən həllər təqdim etmə vədini nümayiş etdirir. Trendyol bu hesabatla öz məqsədlərinə doğru irəlilədiyini və dayanıqlılıq hədəfi istiqamətində əhəmiyyətli uğurlar əldə etdiyini vurğulayır.

2022-ci ildən Türkiyənin dayanıqlılıq üzrə yol xəritəsinə malik olan ilk e-ticarət şirkəti Trendyol Dayanıqlı Təsir Planı çərçivəsində Scope 1 və 2 emissiyalarını ümumilikdə 16% azaldıb. Bütün logistika şəbəkəsində qablaşdırma və tullantıların idarə edilməsini optimallaşdıraraq, tullantıların 96,7%-ni təkrar emal edib və birdəfəlik plastik istehlakını 57% azaldıb. Həmçinin şirkət dayanıqlı qablaşdırma strategiyası ilə karqo qablaşdırmalarının 70%-ni təkrar emal edilmiş materiallardan istehsal edib. Şirkət 2025-ci ilə qədər bütün logistik mərkəzlərində sıfır tullantı sertifikatı almağı hədəfləyir. Bu hədəfdən sonra isə platforma pərakəndə qablaşdırma materiallarının 100%-ni sertifikatlaşdırılmış mənbələrdən təmin edəcək.

Trendyol əməliyyatlarında və dəyər zəncirində karbon emisiyyalarını azaltmaqla 2040-cı ilə qədər karbon neytral olmağı və 2050-ci ilə qədər bütün dəyər zəncirində bu hədəfə çatmağı hədəfləyir.

Seçilən
95
24
publika.az

10Mənbələr