AZ

Təklif olunan məbləğə bir daha baxılacaq – COP29 sözçüsü

  COP29 Sədrliyi hələ öz həllini tapmayan məsələlərə yekun düzəlişlər etmək üçün tərəflərlə işləməyə davam edəcək.

Referans.az “Report”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə COP29-un baş danışıqçısı Yalçın Rəfiyev məlumat verib.

“Biz hələ də həll olunmamış məsələlərə son düzəlişlər etmək üçün tərəflərlə işləməyə davam edəcəyik. Bütün tərəfləri hədəfə çatmağa təşviq edərək, bu konfransın nəticəsinin mümkün qədər iddialı olmasını təmin etməyə çalışacağıq”, – o bildirib.

 Y.Rəfiyev qeyd edib ki, sədrliyin fikrincə, 250 milyard ABŞ dolları məbləğində illik maliyyələşmə ədalətli və iddialı məqsədə uyğun deyil, lakin tərəflərlə qarşılıqlı fəaliyyət davam etdiriləcək.

“Biz bu məsələ ilə bağlı məsləhətləşmələri davam etdirir və irəliləyiş əldə olunacağına ümid edirik. Tərəflər məbləği hələ nəzərdən keçirəcəklər və yekun razılaşma əldə edildikdən sonra şərh verə biləcəyik”, – o vurğulayıb.  

Seçilən
32
9
referans.az

10Mənbələr