AZ

Avropa Birliyi Türkmənistanla Transxəzər layihəsini canlandırır- səbəb...

Image

Avropalılar Zəngəzurdan keçən "Orta dəhliz" layihəsinin icrasına start verib

Noyabrın 20-də Transxəzər Nəqliyyat Dəhlizinin İnkişafı üzrə Avropa İttifaqının Koordinasiya Platforması çərçivəsində onlayn seminar keçirilib. Tədbirdə Türkmənistanın dövlət qurumlarının, Avropa İttifaqının, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin səfirliklərinin nümayəndələri iştirak edib.

Türkmənistan tərəfdən Türkmənistanın Nəqliyyat və Rabitə Agentliyi, Türkməndəmiryolları Agentliyi, Türkmənistanın Dövlət Gömrük Xidməti, həmçinin Türkmənistanın Brüsseldəki səfiri Sapar Palvanov iştirak edib.

Avropa İttifaqı tərəfindən tədbirə Avropa Komissiyasının Beynəlxalq Tərəfdaşlıqlar üzrə Baş Direktorluğu (DG INTPA), beynəlxalq maliyyə institutları, o cümlədən Asiya İnkişaf Bankı (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Fransanın Türkmənistandakı səfiri və nümayəndələri, Aşqabaddakı digər diplomatik nümayəndəliklər və Avropa Komissiyasının Beynəlxalq Əməkdaşlıq üzrə Baş direktorunun baş müşaviri Henrik Hololej qatılıb.

Onlayn seminarın əsas məqsədi Türkmənistanın prioritet nəqliyyat layihələri və beynəlxalq əməkdaşlıq çərçivəsində onların maliyyələşdirilməsi imkanlarının müzakirəsi olub. İştirakçılar Transxəzər dəhlizinin tranzit potensialının artırılması və Mərkəzi Asiya ilə Avropa arasında əlaqələrin gücləndirilməsi üçün nəqliyyat infrastrukturunun inkişafının zəruriliyinə diqqət çəkiblər.

Seminar oktyabrın 3-də Aşqabadda başlanmış təşəbbüsün davamı olub və burada Transxəzər Nəqliyyat Dəhlizinin Əlaqələndirmə Platformasının yüksək səviyyədə rəsmi açılışı olub. Platforma Mərkəzi Asiya ölkələri, beynəlxalq maliyyə institutları və Aİ arasında dialoqun asanlaşdırılması, həmçinin dəhlizin təşviqi və Mərkəzi Asiyada sərt və yumşaq infrastruktur sahəsində prioritet layihələrin həyata keçirilməsi üçün səylərin əlaqələndirilməsi məqsədilə yaradılıb.

Seminar iştirakçıları bir sıra əsas məsələləri müzakirə ediblər, o cümlədən:

- Türkmənistanda dəmir yolu infrastrukturunun, xüsusən də Türkmənabad-Türkmənbaşı marşrutunun modernləşdirilməsi, yeni yolların tikintisinə və yüklərin tranzit vaxtının azaldılmasına diqqət yetirilir;

- elektron məlumat toplama və monitorinq sistemləri kimi innovativ texnologiyaların tətbiqi;

- nəqliyyat və gömrük əməliyyatlarını optimallaşdırmaq üçün vahid logistika portalının yaradılması;

- layihənin həyata keçirilməsi üçün beynəlxalq maliyyə və texniki yardımın, o cümlədən AİB, AYİB və Avropa İnvestisiya Bankı kimi maliyyə institutlarının dəstəyinin cəlb edilməsi.

İştirakçılar məlumat mübadiləsinin və bütün tərəflərin səylərinin əlaqələndirilməsinin vacibliyini vurğulayıblar. Layihə konsepsiyalarının hazırlanmasına və onların potensial investorlara təqdim edilməsinə xüsusi diqqət yetirilmişdir. Aİ nümayəndələri, əlavə tədqiqatların aparılması və yol xəritələrinin işlənib hazırlanması da daxil olmaqla, texniki və məsləhət dəstəyi verməyə hazır olduqlarını təsdiqləyiblər.

Avropa təsisatlarının Türkmənistana marağı hələ ikinci Qarabag müharibəsinin Azərbaycanın qələbəsi ilə başa catmasından sonra yaranıb. Çünki Bakı-Tiflis-Qars dəmir yolu Avropa ilə Orta Asiya ölkələri arasında operativ və effektiv tranzit nəqliyat dəhlizi rolunu oynaya bilmədi. Belə ki, bu dəmir yolu xətti ilə nəqliyyat əlaqəsinin xərclərı çox, yüklərin çatdırılması müddəti isə uzun idi. Məsələn, BTQ vasitəsilə Şanxaydan yüklərin Brüsselə çatdırılması üçün az qala bir ay vaxt lazım olurdu. Bu səbəbdən, təbii ki, müddət uzandıqca xərclər  artır və tez xarab olan məhsulların bu dəhliz vasitədilə daşınması mümkunsüz olurdu. Bu səbəbdən BTQ gözlənilən səmərəli nəticəni vermədi.

Hazirda isə artiq vəziyyət dəyişib - Azərbaycan ərazilərində qeyri-müəyyənlik aradan qalxıb, torpaqlar azad edilib. Artıq Şanxay-Bakı-Zəngəzur-Ankara-Bürüssel nəqliyyat dəhlizinin yaradilmasında elə ciddi maneə qalmayıb. Bu nəqliyyat dəhlizinin Azərbaycan hissəsi artıq hazırdır. Bakı-Ağbənd dəmir yolunun istifadəyə verilmənə artıq aylar qalıb. Beynəlxalq səviyyədə "Orta dəhliz" adlandırılan bu yolun hazırda iki hissəsində problem var. Bunlardan biri Ermənistan ərazisindən kecən 43 kilometrlik Zəngəzur dəhlizi, digəri isə Türkmənistanın daxili dəmiryolu səbəkəsinin infrastruktutunda olan problemlərdir. Turkmənstan hökuməti bəyan edir ki, o, daxili imkanları hesabına "Orta dəhliz"in bir halqası olan daxili dəmiryolu şəbəkəsini yenidən qurub, bu yollarda sürəti artırılmaq imkanına malik deyil. Türkmənistanda bu dəhlizə məxsus yenidən qurulmali dəmiryolu şəbəkəsinin uzunluğu min kilometrə yaxındır. Ona görə də bu gün Avropa təsisatlarının diqqəti məhz Türkmənistana yönəlib. Bununla Aİ artiq "Orta dəhluz" layihəsinin reallaşmasına start verib. "Orta dəhliz"in keçəcəyi liman məhz Turkmənbaşı limanıdır. Ona görə də Türkmənabad-Türkmənbaşı dəmiryolu şəbəkəsi yənidən qurulacaq.

O ki qaldı Zəngəzur dəhlizinə, bu dəhliz üzərində hazırki dartışma İranla Rusiya arasındadır. İran konkret olaraq bu dəhluzə Rusiyanın nəzarət etməsini istəmir. İranın bu mövqeyi həm İravanla, həm də Avropa ilə üst-üstə düşür. Bəlkə də İranın bu mövqeyi tutması pərdəarxası olaraq Avropa liderləri (xüsusən də Fransa lideri Makron) tərəfindən ona verilmiş "ev tapşırığı”dır. Avropa və Amerikanin fikri budur ki, dəhlizə "müstəqil beynəlxalq mühafizə xidməti şirkəti" adi altında onlar özləri nəzarət etsinlər. Amerikanın dəhlizə bu nəzarətdə əsas məqsədi Çini, Rusiyanın məqsədi isə Orta Asiya ölkələrini sıxışdırmaqdır.

Aİ düşünür ki, "Orta dəhluz" işə düşənə qədər Zəngəzur dəhluzi üzərində gedən mübahisələr Rusiyanin zəifləməsi fonunda onun xeyrinə həll edilə bilər. Mübahisələr həll edildikdən sonra isə Zəngəzur dəhlizinin texniki problemlərini həll etmək üçün cəmi bir neçə ay lazım olacaq. Çünki burada cəmi 43 kilometrlik dəmir yolu çəkmək və vaqonların təkərlərini Avropa standartlarına uyğunlaşdıran "boks" tikmək lazimdır. Amma Türkmənistan dəmiryolu şəbəkələrinin problemi daha çox və irimiqyaslıdır. Ona görə də Avropa təsisatlarının diqqəti hazırda Türkmənistana yönəlib.

Akif NƏSİRLİ





Seçilən
12
baki-xeber.com

1Mənbələr