AZ

Rusiya nüvə ssenarisini açıqladı: ABŞ-ı belə vuracaq, yalnız üçdə biri qalacaq!

ABŞ Müdafiə Nazirliyinin Strateji Komandanlığının nümayəndəsi, kontr-admiral Tomas Byukananı Rusiyaya nüvə zərbəsi vurulmasının mümkünlüyünü bəyan edib.
 
“Komsomolskaya pravda” bu xəbərdarlıqdan sonra mümkün nüvə zərbələrinin ssenarisini açıqlayıb.
 
Ssenari belədir: Vaşinqton Rusiyaya qarşı ilk nüvə həmləsi edən an raket hücumu xəbərdarlığı sistemləri həyəcan siqnalı verəcək və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin, müdafiə nazirinin və prezidentin “nüvə çamadanları” dərhal işə düşəcək. Elə həmin anda komandanlıq Amerikaya nüvə raket zərbələrinə cavab verəcək.
 
Rusiya nüvə raket hücumu həyata keçirmiş dövlətlərə qarşı Strateji Nüvə Qüvvələri (Strateji Raket Qüvvələri, Aerokosmik Qüvvələri, Hərbi Dəniz Qüvvələri) əvvəldən plan hazırlanıb. Bu planda bütün məqsədlər aydın şəkildə göstərilib. İlk növbədə, nüvə zərbəsi siyasi və hərbi nəzarət mərkəzlərinə, qərargahlara, aerodromlara, quru qoşunlarının nüvə raket bazalarına, hava qüvvələrinə və donanmanı vuracaq. Eyni zamanda raketlər strateji əhəmiyyətli hərbi sənaye obyektlərini də dağıdacaq.
 
İddia olunur ki, Rusiyanın bütün nüvə raketləri bu obyektlərin dəqiq koordinatlarını əvvəldən müəyyənləşdirib. Hücum edən nüvə başlıqları vurularsa, eyni hədəfə gedəcək ehtiyat raketlər də var.
 
 
Rusların hesablamalarına görə, hədəflərə ilk nüvə zərbəsindən sonra Birləşmiş Ştatların quru, hava və ya dənizdə olan 5 minlik nüvə arsenalından yalnız üçdə biri qala bilər.
 
Rusiyaya hücumlar üçün ərazisini, hava və dəniz məkanını verən ABŞ-ın müttəfiqləri (o cümlədən, nüvə silahı olmayanlar) da nüvə raket zərbələrinə məruz qalacaq. Bu, yenilənmiş nüvə doktrinasında aydın şəkildə qeyd olunub.
 
Eyni zamanda, ABŞ-ın siyasi və hərbi rəhbərliyinin yüksək vəzifəli şəxslərinin nüvə atəşində “yanmaması lazımdır”. Prezident və onun nüvə çamadanı olan Air Force One (“qiyamət günü” təyyarəsi və ya hava komandanlığı məntəqəsi) vurulmayacaq.
 
Rusiya mediası yazır ki, Moskvanın nüvə başlıqları ABŞ-dan çoxdur. Bundan əlavə, arsenalında “Poseidon” torpedası şəklində unikal nüvə silahı var, o, ABŞ sahillərində bir kilometr dərinlikdə olan hədəfi də vura bilər ki, bu partlama nəticəsində nəinki, məsələn, dəniz bazasını məhv olacaq , həm də hündürlüyü 500 metrə çatan nəhəng sunami dalğası yaradacaq. Radioaktiv su sahildən 500 kilometr aralıda olan hər şeyi yuyub məhv edəcək.
 
Rusiya mediası xəbərdarlıq da edir: “Onlar başa düşə bilmirlər ki, bizim raketlərimizi vurmaq demək olar ki, mümkün deyil. Qərb elitaları Ukraynada qazandıqları bütün pullarla birlikdə ən dərin bunkerə yığılsalar da, nə vaxtsa oradan sürünərək çıxmalı olacaqlar. Ona görə də Pentaqon generallarının döyüşkən bəyanatlarına əhəmiyyət verməməlisiniz. Onlar bizim qulaqlarımız üçün deyil. Birbaşa müraciət edən Avropa ölkələridir ki, onlar çaxnaşma içində getdikcə daha çox silah alırlar. Nüvə silahlarının hələ də satışda olması yaxşıdır” deyə, yazıda bildirilir.(musavat.com)
Seçilən
1
1
moderator.az

2Mənbələr