AZ

"Mançester Siti" Kovaçiçsiz qaldı

"Mançester Siti"nin yarımmüdafiəçisi Mateo Kovaçiç zədə səbəbindən 3-4 həftə futbol oynaya bilməyəcək.

Fanat.Az Britaniya mətbuatına istinadən xəbər verir ki, bunu "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının XII turunda "Tottenhem"ə qarşı keçirəcəkləri matç ərəfəsində açıqlayıb.

Kovaçiçin zədəsi barədə təfərrüatları barədə ictimaiyyətə bilgi verilməyib. 30 yaşlı xorvatiyalı futbolçu Millətlər Liqasında Şotlandiya (0:1) və Portuqaliyaya (1:1) qarşı keçirilən oyunlardan sonra klubuna qayıdıb.

Qeyd edək ki, Kovaçiç bu mövsüm "Mançester Siti"nin heyətində 15 oyuna çıxaraq 3 qol vurub.

Seçilən
8
1
fanat.az

2Mənbələr