Türkiyə Milli Kəşfiyyat İdarəsinin əməliyyatı nəticəsində PKK düşərgələrində xüsusi təlim keçmiş terrorçu Kadir Çelik saxlanılıb və məhkəmənin qərarı ilə həbs olunub.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Məlumata görə, Maoist Kommunist Partiyasının üzvü olan “Savaş” kod adlı terrorçu boz bülletenlə axtarılırdı. O, Türkiyədə böyük terror aktı törətməyə hazırlaşırmış.