AZ

Kredit üçün müraciət etdi, hesabındakı son pulunu da mənimsədilər... VİDEO

Kredit vədi ilə hesabındakı pulu mənimsəyiblər...

Bu iddia ilə Cəlilabad rayon sakini Elvin Feyziyev “Xəzər Xəbər”ə müraciət edib.

Şikayətçinin sözlərinə görə, sosial şəbəkələrdə bank olmayan kredit təşkilatı adı ilə vətəndaşlara kredit vəd edən səhifələrdən birinə müraciət edib.

Elvin Feyziyev deyir ki, ona sms vasitəsi ilə gələn təhlükəsizlik kodunu aldanaraq qarşı tərəflə paylaşdıqdan sonra balansındakı 138 manat da çıxılıb.

Məsələ ilə əlaqədar DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev “Xəzər Xəbər”ə bildirdi ki, artıq ərazi polis şöbəsində araşdırmalara başlanılıb.

Qeyd edək ki, son zamanlar bu kimi hallar tez-tez yaşandığından DİN vətəndaşlara kart və hesab məlumatlarının paylaşılmaması ilə əlaqədar dəfələrlə xəbərdarlıq edib. Lakin, vətəndaşlar arasında hələ də bu kimi şirnikləndirici üsullarla dələduzların toruna düşənlər var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
26
1
xezerxeber.az

2Mənbələr