AZ

NATO-nun baş katibi Mark Rutte Ukraynaya görə, Donald Trampla görüşəcək

NATO-nun baş katibi Mark Rutte Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli strategiyasını müzakirə etmək üçün yaxın vaxtlarda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşmək niyyətindədir.

Editor.az bildirir ki, bu barədə “ Washington Post”un köşə yazarı David İqnatius adı açıqlanmayan mənbələrə istinadən yazır. Həmsöhbətlərin sözlərinə görə, Mark Rutte tezliklə Donald Trampın Floridadakı iqamətgahına gəlmək niyyətindədir. Adının açıqlanmasını istəməyən alman rəsminin sözlərinə görə, NATO-nun baş katibi Ukraynaya təhlükəsizlik zəmanəti verməklə yanaşı, “ədalətli və davamlı sülhün” təmin edilməsinin Donald Tramp və Avropanın maraqlarına uyğun olduğunu bildirmək istəyir. WP-nin həmsöhbəti qeyd edib ki, Mark Ruttenin yanvar ayında vəzifəsinin icrasına başlayacaq ABŞ prezidenti Donald Trampa mesajı belə formalaşdırıla bilər: “Ukrayna məsələsini həll etməlisiniz ki, səlahiyyət müddətinizdə sizi narahat etməsin. Materialda Avropa rəsmisinə istinadən xəbər verilir ki, NATO-nun baş katibi Brüsseldə şəxsi söhbətində üzv ölkələrin liderlərini “Tramp haqqında dedi-qodu etməməyə”, onunla münasibətləri qorumağa çağırıb.

Qeyd edək ki, Donald Tramp dəfələrlə Rusiya və Ukraynanı danışıqlara başlamağa məcbur edərək, Rusiya-Ukrayna münaqişəsini “çox tez” dayandırmağa hazır olduğunu bəyan edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
24
editor.az

1Mənbələr