Aparıcı Vüsalə Əlizadə plastik əməliyyat etdirməsi iddialarına cavab verib.
"Etməmişəm. Allaha and olsun ki, anamın və atamın istehsalıdır" deyə, aparıcı and içib.
Geyimlərindən danışan aparıcı "Geyimlərinizə ailə üzvləri tərəfindən müdaxilə olunur" sualına "O yaşı çoxdan keçmişəm. Çox kiçik yaşlarımdan gözünüzün önündəyəm, hər zaman fərqli geyimlərdə görünmüşəm. Həddimi və özgüvənimi, əxlaqımı bilib davranmışam. Geyim mövzusunda bir söz deyim: Əxlaq, tərbiyə - qadının geyimi yox, o geyimdə özünü necə aparmasıdır. Hansı ki, bu belə mənim üçün müzakirə mövzusu deyil. Tanıdığım elə ailəli, qapalı qadınlar var ki, etdiklərini görəndə, biləndə dünya başıma fırlanır" reaksiyasını verib.
İzləyicinin "Qəlbinizi qıran insanı necə bağışlayırsınız" sualına isə Vüsalə "Bədbəxt oldu. Çox şans verirəm, güzəştə gedirəm, bağışlayıram, amma qəlbim qırıldısa həqiqətən mənə toxundusa... Çox keçmiş olsun" cavabını verib.