AZ

Qırğızıstan baş nazirinin müavini Bakını COP29-un təşkilinə görə yüksək qiymətləndirib

"BMT-nin COP29 iqlim konfransının Bakıda təşkili və keçirilməsi qürur mənbəyidir".

hakimiyyet.az xəbər verir ki, bu barədə NEWS.ru-ya Qırğızıstan baş nazirinin müavini Edil Baysalov bildirib.

Onun sözlərinə görə, Azərbaycan tədbiri ən yüksək səviyyədə keçirib.

"Mən, əlbəttə ki, Azərbaycana heyranlığımı bildirirəm. Bu səviyyədə ən aktual mövzuda ən böyük qlobal tədbirə ev sahibliyi edir. Bu, təkcə infrastruktur məsələsi deyil, ən vacib məsələ 190 iştirakçı ölkəni tənzimləmək və bir məxrəcə gətirmək üçün diplomatiya idi. Ona görə də heyranlığımı bildirirəm", - deyə Baysalov deyib.

Onun sözlərinə görə, Qırğızıstan COP29 konfransının təşkilini diqqətlə izləyib. Baysalov vurğulayıb ki, ölkə konfransdan tarixi irəliləyişlər gözləyir.

"Biz keçən il Dubayda keçirilən COP28-də Azərbaycana səs verəndən bəri bütün bu prosesi izləyirik. Bu gün, əlbəttə ki, biz tarixi irəliləyişlər gözləyirik. Azərbaycan hər şeyi 100%-lik yerinə yetirdi və biz onlarla çox fəxr edirik", - Qırğızıstanın baş nazirinin müavini etiraf edib.

Seçilən
7
2
hakimiyyet.az

10Mənbələr