AZ

Xankəndi şəhərində ilk solo konsert keçirilib - FOTOLAR

Qarabağ Universitetinin İncəsənət fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müdiri, tarzən Arslan Növrəslinin rəhbərliyi ilə “Arslan Növrəsli Quartet” adlı musiqi axşamı keçirilib.

"Unikal" xəbər verir ki, konsertdə Arslan Növrəslini pianoda Nicat Aslanov, bass gitara ilə Əməkdar artist Ruslan Hüseynov, zərb alətlərində Elvin Bəşirov və nağarada Əməkdar artist Kamran Kərimov müşayiət edib.

Musiqi axşamında tələbələrin də çıxışı ilə yerli və xarici caz kompozisiyaları, məşhur musiqi əsərləri ifa olunub.

Tədbirdə Xankəndi şəhərinin ictimaiyyət nümayəndələri, Qarabağ Universitetinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Konsert proqramının keçirilməsində məqsəd Qarabağda incəsənətin inkişafına və gənclərin musiqi yaradıcılığına dəstək olmaqdır.

Qeyd edək ki, Arslan Növrəsli tarda harmonik caz standartlarını ifa edən ilk tarzəndir.

Seçilən
89
45
unikal.az

10Mənbələr