AZ

İran XİN İsraili ölkənin nüvə obyektlərinə hücumlara qarşı xəbərdar edib

İran XİN İsraili ölkənin nüvə obyektlərinə hücumlara qarşı xəbərdar edib

İran İsrailin təcavüzünə cavab verməkdə tələsməyəcək və tərəddüd etməyəcək.AFN.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Livanın “Al Mayadeen” mediasına müsahibəsində deyib. O, Tehranın nüvə obyektlərinə edilən hücumlarla bağlı mövqeyini bir daha açıqlayıb.Abbas Əraqçi İranın müqavimət hərəkatları ilə bağlı dəyişməz mövqeyini təsdiqləyib və İsraili İranın nüvə obyektlərinə hücum etməkdən çəkinməyə çağırıb.Əraqçi ölkənin nüvə obyektlərinə hər hansı hücuma sərt cavab veriləcəyi barədə xəbərdarlıq edib.Əraqçinin sözlərinə görə, ölkə belə bir "səhvə" eyni şəkildə cavab verəcək. O, bildirib ki, İsrail İranı təhrik edib regional müharibəyə sürükləməyə çalışıb, “lakin İran onun tələsinə düşməmək üçün ağıllı davranıb”.O, əlavə edib ki, İranın İsrailə cavabı gecikməyəcək və tələsik olmayacaq, Tehran isə “hüquqi və beynəlxalq hüquqa uyğun” cavab verəcək”.

Seçilən
26
afn.az

1Mənbələr