AZ

COP29-un qvineyalı iştirakçısı: İqlim probleminin həll olmasını istəyən hər kəs Bakıda olmalı idi

Mən Qvineyadanam. COP29-dan gözləntimiz yeni iqlim maliyyəsinə çatmaqdır. COP29-da müzakirə edilən məsələlər burada ola bilməyən insanlar üçün bir ümiddir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında COP29-un qvineyalı iştirakçısı Əhmədou Sebori Ture söyləyib. Bildirib ki, iqlim probleminin həll olmasını istəyən hər kəs Bakıda olmalı idi: “Planetimizlə mübadilə etmək üçün B planımız yoxdur, bu gün həyata keçirə biləcəyimiz hərəkət bizə və gələcək nəsillərə fayda verəcək. Mən noyabrın 11-dən buradayam. Heydər Əliyev Beynəlxalq Aeroportundan qaldığımız hotelə qədər Azərbaycan xalqının mehribanlığına şad oldum. Konfransın təşkilatçılarını təbrik edirəm. Həqiqətən də çox uğurlu təşkil edilib".

Seçilən
6
1
yeniazerbaycan.com

2Mənbələr