Rusiya vətəndaşlığı alan, lakin andiçmə prosedurunu keçməyən əcnəbilər bu il noyabrın 23-dən Rusiya vətəndaşlığı statusundan məhrum ediləcəklər.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi xəbərdarlıq yayıb.
Qurumdan bildirilib ki, andiçmə müddəti noyabrın 22-də başa çatır.
Qeyd edək ki, Rusiya vətəndaşlığı alarkən andiçmə öhdəliyi 2017-ci il sentyabrın 1-dən tətbiq edilib. Buna görə də yeni qaydalar bu tarixdən əvvəl Rusiya vətəndaşı olanlara və ya vətəndaşlıq alarkən and içməkdən azad edilənlərə aid deyil.