AZ

Departament direktoru: "COP29-da müsbət qərarlar veriləcəyinə inanıram"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İqlim dəyişikliyi müzakirələrində iştirak etmək üçün Maldiv adalarından gəlmişik. Azərbaycan COP29-un hazırlanmasına xüsusi səy göstərib. Buradakı xidmətlər, hər şey mükəmməl şəkildə qurulub. Buna görə də Azərbaycan dövlətinə öz təşəkkürümü bildirirəm".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Maldiv adalarının Ətraf Mühit və Enerji Nazirliyinin İqlim Dəyişikliyi Departamentinin direktoru Əli Şərif deyib.
COP29-da iştirak etməyinin əsas məqsədinin iqlim maliyyələşməsi olduğunu deyən departament direktoru müsbət qərarların veriləcəyinə inandığını bildirib.
"COP29-da yumşaldılma və uyğunlaşma ilə bağlı bir çox istiqamətlərdə yekunlaşacağına ümid etdiyimiz başqa elementlər də var, lakin ən əsası maliyyələşmədir", - deyə o əlavə edib.
Seçilən
55
1
oxu.az

10Mənbələr