AZ

İrəvan Bakıya qarşı iddialarından əl çəkməyə hazırdır - Baş nazir

Sülh müqaviləsi imzalanacağı təqdirdə, İrəvan Bakıya qarşı iddialarından əl çəkməyə hazırdır. Əgər görsək ki, biz həqiqətən sülhə nail oluruq və onu bərqərar edirik, yəni müqavilə imzalayırıq, o zaman hesab edirəm ki, biz belə bir sövdələşmə edə bilərik.

Modern.az xəbər bverir ki, bunu Ermənistanın baş naziri Nikol Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib.

“Bu o deməkdir ki, keçmiş hadisələrə görə heç kim bir-birini məhkəməyə verməməlidir və biz qarşılıqlı olaraq iddialardan imtina etməliyik..

Ancaq məntiq belə olacaq ki, birdən-birə məhkəməyə müraciət etmək üçün əsas yaranarsa, bu, nə onları, nə də bizi gələcəklə bağlı məsələlərdə məhdudlaşdırmayacaq ki, biz bunu edə bilək”, - Paşinyan əlavə edib.

Seçilən
41
2
modern.az

3Mənbələr