AZ

Yarı ev, yarı ofisdən işləmək - Müsbət və mənfi tərəfləri var

Rufanə Qasımova

"PHOENIX DEVELOPMENT"in təsisçi və direktoru 

Hazırda Azərbaycanda hibrid iş rejimi (həm ofis, həm evdən) aktual mövzulardan biridir. Baş verən bəzi fors major hallar, pandemiya və beynəlxalq tədbirlər şirkətləri hibrid rejimə keçidə sövq edir. Buna misal olaraq COVID-19 pandemiyasını, COP29 tədbirini və sairləri nümunə gətirə bilərik

Hibrid iş modeli əməkdaşların bir qisminin evdən, digərlərinin isə ofisdən çalışmasına əsaslandığı üçün həm şirkətlər, həm də, əməkdaşlar üçün mühüm dəyişiklikləri özü ilə birlikdə gətirir. Odur ki, rejimin məhsuldarlığa təsiri də müxtəlif aspektlərdən qiymətləndirilir.

Müsbət tərəfləri

1. Ofisdən daha az əməkdaşın istifadə etməsi kommunal xərclərin azalmasına səbəb olur.  

2. Hibrid rejim kritik vaxtlarda belə şirkətlərin fəaliyyətini davam etdirməsi üçün çeviklik və dayanıqlıq təmin edir.

3. Bu metod evdən çalışan əməkdaşlara daha çox araşdırma etmək və sərbəstlik imkanı yaratdığı üçün daha məhsuldar işləmək üçün motivasiya verir ki, bu da şirkətin fəaliyyətinə müsbət təsir göstərir.

Mənfi tərəfləri

1. Evdən işləyən əməkdaşlar üçün informasiya təhlükəsizliyini təmin etmək çətin ola bilər.

2. Komandaların bir hissəsinin evdən, digər hissəsinin ofisdən işləməsi iş proseslərinin koordinasiyasını çətinləşdirə bilər.

3. Evdən çalışan əməkdaşların texniki təminatının zəifliyi, sakit mühitin olmaması işə mənfi təsir göstərə və yaxud işin gedişatına çətinliklər yarada bilər.

Aydındır ki, hibrid iş rejimi müasir dövrün qaçılmaz reallıqlarından biridir. Bu rejimin uğurlu tətbiqi həm şirkətlərdən, həm də əməkdaşlardan adaptasiya, düzgün koordinasiya və effektiv kommunikasiya tələb edir. Həm müsbət, həm də mənfi tərəfləri balanslaşdırmaq üçün texnologiyanın düzgün istifadəsi və bu barədə təlimatlandırmalar, düzgün tərtib olunmuş qaydalar, bölgülər və mütəmadi monitorinq vacibdir.

Seçilən
28
valyuta.az

1Mənbələr