AZ

Bakının bu tələbi var: iddiaları geri çəkmək isə... - Nikol

Ermənistan Baş naziri Nikol Paşinyan Bakı və İrəvanın qarşılıqlı olaraq məhkəmə iddialarını geri götürülməsi imkanlarından danışıb.

Titul.az axar.az-a istinadən xəbər verir ki, Paşinyan bu barədə İctimai Televiziyaya müsahibəsində deyib.

“Əgər biz həqiqi sülhə nail olsaq və sülh müqaviləsi imzalasaq, o zaman belə razılaşmanı nəzərdən keçirmək olar. Bu o deməkdir ki, keçmişdə baş vermiş hadisələrə görə nə biz, nə də onlar bir-birimizə qarşı iddia qaldırmalıyıq”, - deyə o bildirib.

Sərhəddə avropalı müşahidəçilərin olmasına gəlincə, Paşinyan, əslində, Azərbaycan tərəfdən belə bir tələbin olmasını inkar etməyib. Eyni zamanda o qeyd edib ki, İrəvan əks təkliflə - sərhədin delimitasiyası aparılacaq hissələrdən müşahidəçiləri geri çəkmək təklifi ilə çıxış edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Seçilən
24
1
titul.az

10Mənbələr