AZ

Medvedev NATO ölkələrinin Rusiyaya qarşı tamhüquqlu müharibəyə qoşulduğunu bəyan edib

ABŞ və NATO-nun digər üzvləri raketlərindən Kursk və Bryansk vilayətlərinə zərbələr endirdikdən sonra Rusiyaya qarşı tam hüquqlu müharibəyə başlayıblar.

“İki sahil” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Al Arabiya” telekanalına müsahibəsində bildirib.

“Bu, toqquşmaların gedişatını və baş verənləri dəyişir. Çünki bu, NATO blokunun - Vaşinqtonun və bu alyansın digər üzvlərinin əslində, artıq hibrid deyil, ölkəmizə qarşı tam hüquqlu müharibədə iştirak etdiyini göstərir və bu, nəticəsiz qalmayacaq”, Medvedev Rusiya Federasiyasının dərinliklərinə zərbələr endirmək üçün uzaqmənzilli Qərb raketlərinin istifadəsinin nəticələri barədə deyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
35
1
ikisahil.az

2Mənbələr