AZ

71 yaşlı yəhudi tarixçi peyğəmbərin məzarında öldürülüb - Nazir "Tarixi saxtalaşdırmaq üçün hərbçilərlə birgə gəlmişdi" deyir

"Livanın cənubundakı Sur şəhəri yaxınlığında öldürülən israilli tarixçi Zeev Erliçin tarixi əsərləri talamaq, saxtalaşdırmaq, bəzilərini İsrailə daşımaq üçün işğalçı hərbçilərlə birgə bölgəyə soxulmuşdu".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri noyabın 20-də Surda peyğəmbərin məzarında öldürülən israilli tarixçi ilə bağlı suala cavabda Livanın mədəniyyət naziri Məhəmməd Murtaza deyib.

Nazir bildirib ki, noyabrın 20-də Livanın cənubundakı Sur əyalətində Şema qalası yaxınlığında öldürülən 71 yaşlı israilli tarixçi Zeev Erliçin savaş bölgəsinə gəlişi məkrli niyyətdən qaynaqlanıb: "Diqqət edin, bizim tələbimiz üzrə YUNESKO-nun İsrailin Şema qalasına hücumlarına qarşı qərarın qəbulu günün səhəri Zeev Erliçin Simun peyğəmbərin məzarı yaxınlığında öldürülməsi təsadüf olmadığı kimi, həm də İsrailin ölkəmizin tarixni, mədəniyyətini, mirasıarını da işğal etmək niyyəötinin təsdiqidir. Bəli, İsrail ölkəmizi işğöal etməklə yanaşı, YUNESKO-nun qərarını da saymır, açıq şəkildə pozur. Bu, beynəlxalq cəmiyyətə, təşkilatlara və konvensiyalara dəyər verməməklə təkəbbür göstərişidir.

Qaldı bu saxta tarixçi-əsgərə, əyni, Zeev Erliçə, o, Simon peyğəmbərin məzarına daxil olmaq və orada guya qədim İsrail torpağı ilə bağlı tarixi "sübut" axtarmaq məqsədi güdüb. Onun bölgəyə əsgərlərlə birlikdə girməsi İsrailin təcavüzkar ekspansionist mahiyyətinin sübutudur. Təkrar edirəm, İsrail təkcə Fələstinin torpaqlarını, tarixini və irsini işğal etməyəcək, eyni zamanda Livanın torpaqlarını, tarixini və irsini də işğal etməyə çalışacaq. Bunlar daşı, insanları, sivilizasiyanı məhv etmək və ya özününküləşdirməyə can atmaqdır. Onların məqsədi yə\huidiliyə bağlanması mümkün olmayan hər şeyi bu torpaqlarda şeyi məhc etmək, yaxud onu saxtakarlıqla yəhidiləşdirməkdir. Lakin biz buna imkan verməyəcəyik".
 
Xatırlaadq ki, fələstin torpaqlarında radikal davranışları ilə tanınan ifrat sağçı tarixçi Zeev Erliç noyabrın 20-də Şema qalası yaxınlığında Hizbullah üzvləri və İsrail ordusunun Qolan Batalyonunun əsgərləri ilə arasında gedən döyüşdə öldürülüb. O, həmin döyüşdə əlinə silah alaraq İsrail hərbçiləri ilə birgə həm də döyüşdə iştirak edib.

Tahir Şəlvəli
MİA.AZ

Seçilən
11
mia.az

1Mənbələr