AZ

Xaricə ixrac olunan narın kilodu 46 qəpik ucuzlaşıb - YENİ QİYMƏT

2024-cü ilin yanvar-oktyabr ayında Azərbaycandan 16 milyon 400 min dollar həcmində 18 min 606 ton nar ixrac edilib.

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, nar ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 3 milyon 901 min dollar və ya 19,2% azalıb, miqdar ifadəsilə 1 028 ton, başqa sözlə 5,8% artıb.

Qeyd edək ki, 2023-cü ilin ilk 10 ayı ərzində Azərbaycandan 20 milyon 301 min dollar dəyərində 17 min 578 ton nar ixrac olunmuşdu.

Bu ilin yanvar-oktyabr ayında Azərbaycanın ixrac etdiyi narın 1  kiloqramının orta ixrac qiyməti 1 manat 50 qəpik təşkil edib. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 96 qəpik idi. Bu da illik müqayisə ilə 46 qəpik  və ya 24% azalma deməkdir.

Bu il ümumi ixracının 0,07%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 0,58%-i narın payına düşüb.

Seçilən
5
2
fed.az

3Mənbələr