AZ

Ukrayna cəbhəyə 3.7 milyon nəfəri səfərbər EDƏ BİLƏR

Ukrayna hakimiyyəti 25-60 yaş arası əlavə 3,7 milyon nəfəri səfərbər etmək potensialına malikdir.

Yenicag.az “The Financial Times” qəzetinə istinadla xəbər verir ki, bu barədə Ukraynanın Ali Radasının İqtisadi İnkişaf Komitəsinin hesabatında dərc olunub.

Hesabata əsasən, Ukraynada 25-60 yaş arası kişilərin ümumi sayı 11,1 milyon nəfər təşkil edir. Onlardan 1,2 milyon nəfər artıq hərbi xidmətdədir, 3,7 milyon nəfər isə potensial səfərbərlik iştirakçıları hesab olunur.

Nəşr yazır ki, iş və qeydiyyat vəziyyətinə gəldikdə isə 3,7 milyon potensial səfərbər edilə biləcək şəxslərdən 1,9 milyonu fərdi sahibkar olaraq qeydiyyatdan keçib və vergi ödəyicisidir. 900 min nəfər isə heç bir dövlət reyestrində qeydiyyatda deyil.

KİV-in verdiyi hesabata görə, Ukrayna hökuməti müharibə şəraitində bu potensialdan tam istifadə etməyi nəzərdə tutur. Lakin fərdi sahibkarların və iqtisadiyyat üçün vacib olan digər qrupların səfərbər edilməsi iqtisadi fəaliyyətə təsir edə bilər. Müharibə şəraitində bu statistikalar səfərbərlik prosesinin genişlənməsi və davamlı müharibə aparma strategiyasını əks etdirir. Ukrayna rəhbərliyi isə qeyd edir ki, bu addımlar ölkənin müdafiəsi üçün vacibdir.

Rafi Müslümov

Seçilən
19
yenicag.az

1Mənbələr