"Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycan xalqının tarixində əhəmiyyətli bir hadisə idi". "Olaylar" xəbər verir ki, bunu YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov deyib: "Partiyanın fəaliyyəti milli maraqların qorunması, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin edilməsi və sosial-iqtisadi inkişafın dəstəklənməsi istiqamətində böyük əhəmiyyət kəsb edir. Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın beynəlxalq nüfuzunun artırılması və milli maraqların qorunmasında mühüm rol oynayır. Partiya ölkədəki sosial-iqtisadi layihələrin həyata keçirilməsini və əhalinin rifahının yüksəldilməsini dəstəkləyir".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31