AZ

KXDR ABŞ-ni vəziyyəti gərginləşdirməkdə günahlandırır- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ öz hərəkətləri ilə Koreya yarımadasında vəziyyəti fəlakətli həddə çatdırır və bu, müharibəyə səbəb ola bilər. Bu barədə Koreya Xalq Demokratik Respublikasının (KXDR) Müdafiə Nazirliyi açıqlama verib. Bəyanatı Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KCNA) yayıb.

Bəyanatda bildirilir ki, son dövrlərdə Koreya yarımadası ətrafında ABŞ-nin KXDR-ə qarşı hərbi təxribatları bölgədə gərginliyi artırır. Nazirlik, xüsusilə ABŞ-ın "George Washington" atom aviadaşıyıcısının başçılıq etdiyi zərbə qrupunu bölgəyə göndərməsi, Yaponiya və Cənubi Koreya ilə birgə hərbi təlimlər keçirməsi kimi addımları qeyd edib.

KXDR Müdafiə Nazirliyi bildirib ki, ABŞ bu hərəkətlərlə nüvə qarşıdurması atmosferi yaradıb.

Xatırladaq ki, daha əvvəl KXDR lideri Kim Çen In ABŞ-lə qarşıdurmanın "ən dağıdıcı termonüvə müharibəsinə" səbəb ola biləcəyini istisna etməmişdi. Onun sözlərinə görə, belə bir münaqişə misli görünməmiş dağıntılara gətirib çıxaracaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
olaylar.az

1Mənbələr