AZ

İran Rusiyaya nota verdi

İran Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

Titul.az bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

Məlumata görə, Rusiyanın Kazan şəhərində iki iranlı tələbə polis tərəfindən döyülərək saxlanılıb.

Qeyd olunur ki, Kazan Federal Universitetində vizaların yenilənməsi zamanı tələbələr arasında dava baş verib və hadisə yerinə polis gəlib.

Polisin olması və iranlı tələbələrin israrlı davranışları mübahisənin davam etməsinə və tələbələrin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən döyülməsinə səbəb olub ki, nəticədə onlardan ikisi həbs edilib.

İranın Kazandakı Baş Konsulluğu polis tərəfindən iranlı tələbələrə qarşı kobud rəftar və yerli polisin qeyri-peşəkar davranışı ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Seçilən
7
8
titul.az

10Mənbələr