AZ

Malayziyanın baş naziri: "Netanyahunun həbsinə order verilməsi böyük qələbədir"

Malayziyanın baş naziri Ənvər İbrahim Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalanta qarşı həbs qərarını şərh edib.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, qərarı ədalət və insanlığı müdafiə edən hər kəs üçün böyük bir qələbə olaraq xarakterizə edən Ənvər İbrahim bu qərarın Fələstin xalqının ağrılarını yüngülləşdirəcəyini bildirib.

Ənver İbrahim qərarın məntiqli olduğunu qeyd edərək \"Netanyahu xaricə getsə həbs edilməlidir” fikrini dəstəkləyib.
 
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi bir neçə gün öncə İsrailin baş naziri Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın Qəzzada törədilmiş müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə həbsinə order verib.

Mikayıl
Seçilən
14
17
azxeber.com

10Mənbələr