AZ

Rusiya Ukraynaya qitələrarası ballistik raketlə hücum edib

Rusiya Ukraynaya qitələrarası ballistik raketlə hücum edib.

Rusiya prezidenti Vladimir Putin hücumla Qərbə ciddi mesaj verdiklərini vurğulayıb. O, "Oreshnik sistemini sınaqdan keçirməyimiz NATO-nun Rusiyaya qarşı təcavüzkar hərəkətlərinə birbaşa cavabdır" deyərək, oxşar hücumların davam edə biləcəyini bildirib.

Rusiya həftə ərzində Amerika istehsalı olan 5 ATACMS raketini məhv etdiyini açıqlayıb. Bundan əlavə, Britaniya və Fransa istehsalı olan iki “Storm Shadow” raketini də zərərsizləşdirib. Ukrayna prezidenti Volodimir Zelenski Putinin müharibəni qızışdırmaq üçün addımlar atdığını və Ukraynanı sınaq meydançası kimi istifadə etdiyini qeyd edib. Zelenski deyib: "Əgər bir ölkə sadəcə müstəqil olmaq və müstəqil qalmaq istəyirsə, dərhal belə addımlar atır" deyə bildirib.

Gərginliyin artması, Rusiyanın qonşularını da hərəkətə keçirdi. Qazaxıstan prezidenti Kasım-Jomert Tokayev mühüm hərbi və mülki obyektlərin təhlükəsizliyinin təmin edilməsi üçün təcili tədbirlər görülməsi ilə bağlı göstəriş verib.



Seçilən
11
trt.net.tr

1Mənbələr