AZ

"Oreşnik"-dən sonra Bayden Makrona zəng etdi: Nələr danışılıb?

ABŞ-ın hazırkı prezidenti Co Bayden Rusiyanın “Oreşnik” raketini sınaqdan keçirdikdən sonra Fransa lideri Emmanuel Makrona zəng edib.

Turkustan.az xəbər verir ki, siyasətçilər Ukraynadakı hadisələri müzakirə ediblər.

Prezident Bayden bu gün Fransa prezidenti Makronla bir sıra qlobal və ikitərəfli məsələləri müzakirə edib: Ukraynada, eləcə də Yaxın Şərqdə baş verən hadisələr, o cümlədən Livanda atəşkəs razılaşmasına nail olmaq səylərindən danışılıb.

Makron və Bayden həmçinin telefon danışığı zamanı həm şəxsən, həm də milli təhlükəsizlik qüvvələri vasitəsilə sıx əməkdaşlıq və məsləhətləşmələri davam etdirəcəklərinə söz veriblər.

Bildirək ki, Makron Ukraynanın Rusiyaya dərin zərbələr endirməsinə icazə verdikdən sonra Putinə müraciət edib
Fransa prezidenti Qərb silahlarının Ukrayna Silahlı Qüvvələrinə (AFU) verilmiş Rusiya ərazisinə zərbə endirməsinə icazə verdikdən və Rusiyanın nüvə doktrinasını yenilədikdən sonra rusiyalı həmkarı Vladimir Putinə müraciət edib . Siyasətçi Rusiya tərəfini Ukraynadakı vəziyyətin “kollektiv deeskalasiyasında” iştirak etməyə çağırıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
20
turkustan.az

1Mənbələr