AZ

Bu avtomobil ölümcül qəzalar siyahısındaliderdir

"Tesla" avtomobilləri "Kia, "Buick", "Dodge" və "Hyundai"ı qabaqlayaraq, bütün avtomobil markaları arasında ölümlə nəticələnən ən yüksək qəza nisbətinə malik olub.

Redaktor.az xəbər verir ki, bu barədə "iSeeCars"ın son təhlilində qeyd olunub.

Tədqiqatda ABŞ-nin Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi üzrə Milli Administrasiyasının (NHTSA) məlumatlarından istifadə edilib. Bu qəzalarda avtomobilin dizaynından çox sürücü davranışının mühüm faktor ola biləcəyi bildirilib. İnsanlar şirkətin avtopilotuna həddindən artıq etibar edirlər.

Analitiklərin fikrincə, qəzaların qarşısının alınması daha çox sürücünün diqqətindən və təhlükəsizlik qaydalarına əməl etməsindən asılıdır.

NHTSA 2022-ci ildə "Tesla" avtomobillərinin sürücüyə yardım sistemlərinin qəzaların 70%-də iştirak etdiyini bildirib.

Sevinc İBRAHİMZADƏ

Seçilən
34
redaktor.az

1Mənbələr