AZ

Dələduz qadın Vüsalənin başına oyun açıb

"Hər dəfə yardım edirdim. Amma məni yanıltdılar. Biri yazırdı ki, vəziyyətimiz pisdi, görüntülər atırdı. Mən də aylarla ona kömək etdim. Büdcəmdən ona verirdim".

Bu sözləri aparıcı Vüsalə Əlizadə aparıcısı olduğu verilişdə danışıb. O, dələduz tərəfindən aldadılmasından danışıb:

"Başıma yalan gəldi, indi yardım etmirəm. Tələbə, imkansız ailə olanda tanışlara ötürürəm. Bir qadın yazıb dedi ki, uşağım şəhər, oyuncaq, restoran, park görməyib. Rayondan gətizdirdim Bakıya, hər cür şərait yaratdım. Sonra öyrəndim ki, Bakıda yaşayırmış, çantasında bahalı telefon. Yalandan gəlib 20 Yanvarda dayanırdı ki, taksini yola saldım, pulunu ver. Həmin qadın Nadir Qafarzadə ilə Manaf Ağayevi də aldadıb. Sonra onlar da öyrənib və yardım etməyib. Məni əməlli-başlı aldatmağı bacardı". (Axşam.az)

Seçilən
8
1
musavat.com

3Mənbələr