AZ

“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundov

Naxçıvan Futbol Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin sabiq üzvü Zaur Axundov Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı çıxışını dəyərləndirib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Premyer Liqasının 14-cü turunun “Kəpəz” – “Araz-Naxçıvan” matçından (0:2) sonra Sportal.az saytına danışan funksioner millini sərt tənqid edib. Axundov futbolçuların meydanda tam güclərini qoymadıqlarını bildirib:

“İsveçlə matçda acı məğlubiyyət yaşadıq. İnanın ki, mən hələ özümə gələ bilməmişəm. Bu, olmamalı idi. Canni De Byazini söyürdülər. İtaliyalı məşqçi bu İsveçi 3:0 məğlub etmişdi. İstəyirsiz gedib Joze Mourinyonu gətirək... Futbolçu can qoymalıdır. Uduzanda da kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox. Bu oyunçular can qoymur. Bilmirəm niyə. Əgər mənim komandam olsaydı, əvəzedici heyəti meydana buraxardım, o futbolçuları qoymazdım. Fernandu Santuş olmur, kim olur-olsun”. 

"De Byazi, Santuş peşəkar məşqçilərdir. Dünya futbolunda ad qoymuş insanlardır. Amma futbolu onlar oynamır axı. Mən İcraiyyə Komitəsində olanda da deyirdim ki, milli komandanın klublarla əlaqəsi yoxdur. Arada bir koordinator yoxdur ki, klubun da rəhbərinə lazım olanda iradını bildirsin. Ay filankəs, sizin klubdan 3 futbolçu dəvət etmişik. Onlara siz də motivasiya verin. Sonuncu dəfə Slovakiyaya məğlub olandan sonra millinin oyunlarına getmirəm. Çünki çox əsəbləşirəm. Komanda uduzur, amma futbolçular 1 saat sonra musiqiyə elə qulaq asır, yeməyə elə gedir ki, sanki uduzan biz deyilik. Təlim-tərbiyə yoxdur. İki qat intizam yoxdur. Necə olur ki, ötən il 3:0 udduğumuz rəqibə bu gün 0:6 məğlub oluruq? Belə olmaz. Düzdür, bu gün İcraiyyə Komitəsində yoxam. Naxçıvan Futbol Federasiyasının rəhbəriyəm. Amma kim olursan ol. Bilirəm ki, mənə necə toxunubsa, sizə də 5 qat toxunub” - deyə, o, bildirib.

Seçilən
22
12
azpolitika.info

10Mənbələr